Zəka – sənin
içindəki işıqdır.
Bir uşaq
doğulur. Ona qorxunu öyrədirsən.Qorxu pas kimidir – bütün zəkanı məhv edir. Tarixlərlə,insanlarla, cürbəcür axmaqlıqlar doldurursan beynini. Məsələn,İngiltərəyə hansı kralın hansı tarixdən haçanacan hökmdarlıq etməsini bilmək bir uşağa nəyə lazımdır ki? Bütün uşaqlar zəki olaraq doğulur,biz onu
axmaq etmək üçün əlimizdən gələni əsirgəmirik.
Çünki zəka siyasi,cəmiyyət və din həyatı üçün olduqca ciddi təhlükədi. Çox az
adam universitet həyatından qaçmağı,gizlənməyi,ya da onu bitirdiyi halda zəki
qlmağı bacarır. Çünki universitet sənin zəkanı məhv etməyə proqramlaşdırılmış
bir sistemdir.Təhsil sistemi rəqabətçi olmamamalıdır. Kim nəyi sevir və
bacarırsa onunla məşğul olmalıdır. Bu dəqiqə bütün dünya alt-üst vəziyyətdədir.
Müəllim olmaq istəyən həkim olmuş, həkim olmaq istəyən ticarətlə məşğuldu.Hər kəs
bir başqasının işini görür.
Yaxud uşağa
yatması üçün layla oxuyuruq. Səhər tezdən də yuxudan oyatmağa cəhd edirik. Və
uşaq özlüyündə düşünür – bu insanlara nə olub belə? Bizə onun yatmağı lazımdı,çünki başqa işlərimiz
var.
Yuxu gəldiyi
vaxt yatılmalıdı – zəka budu.Zəka bunu sevir.Bizsə uşaqların zəki qalmasına
izin verə bilmirik. Çünki zəki olsalar daim incidiləcəklər, aşiq olacaqlar,
dövlətdə, dində,təhsildəki yanlışları görəcəklər,fərd olacaqlar,cəmiyyətdən
qopacaqlar. Cəmiyyətinsə onun qullarına
ehtiyacı var.
İsa peyğəmbər
deyir : ‘’kiçik
uşaqlar kimi olmadıqca sizə ümid yoxdur’’.
Zəki
insan acgöz deyil, sabah üçün nələrsə
yığıb saxlamır,çünki zəkasına güvənir,sabah düşə biləcəyi vəziyyətdən çıxış
yolları tapa biləcəyinə arxayındır.Zəki
biri əsla mümükünsüz üçün savaşmaz,o perfektsionist deyil,idealçılıq nevroz əlamətidi.Zəki biri mütləq sevgi və sədaqət ardınca
qaçmır. Çünki özünün başqa birindən xoşu gələndə qarşısındakı insanın da onun
kimi eynilə bir başqasını bəyənə bilmə ehtimalını anlaya,dərk edə bilir.Zəka
risqi sevir,zəka öz varlığına güvənə bilmək deməkdir.Zəka - həyəcandı,macəradı,coşqudu.Zəka keçmişə ilişmədən,gələcəyi
düşünmədən indi yaşaya bilmək istedadıdır.
Sevgi dolu
bir zəka – bax bu sənin ehtiyac duyduğun bir
şeydi. Bir şair sevgiyə sözsüz ki bir filosofdan daha yaxındı.Filosof sanki qapının arxasınd dayanıb və o qapıdan
içəridə nə baş verdiyi haqda fəlsəfə yürüdür, şairsə o qapının o tərəfində
sevgini yaşamaqdadı.
Intellektual
olmaq –saxta olmaq deməkdi. İntellekt özünün qazana biləcəyin bir şeydi.Zəka sənə
hədiyyə edilmişdir.İntellektual amma zəki olmayan biri ağaclar kimi yaşıl,quşlar kimi coşqulu
deyil.Nədən ? – çünki o daim başqası olmağa çalışır,özü kimi olmaq istəmir.Əgər
sən bütün həyatını beynindən ibarət biləcəksənsə,heç bir zərifliyi,Tanrısallığı,şeirsəlliyi,sevgini
duya bilməyəcəksən.
Ürəyinlə
yaşayıb,zamanı gəldikcə beynindən istifadə edə
bilmək bacarığı – zəka budur.
Zəka – bəsit
ola bilmə bacarığıdır. Zəki olmayan biri daim Buddadan,Şopenhauerdən,İsadan
sitatlar gətirəcək.Zəki insan isə öz baxış bucağına güvənə biləndi.
Zəki
olmayan biri daim başqalarına hörmət edəcək,zəki insan isə ən əvvəl özünə.Əgər
insan özünə hörmət edə bilmirsə bütün başqalarına etdiyi hörmət saxta olacaq və
içərilərdə bir yerdə köklərində kin,nifrət gizlənəcək.
Şeytan Həvvaya ilk dəfə o ağacdan meyvə dər deyəndə,
ona zəkasından istifadə şansı verdi. Şeytan bu mənada insanlığın ilk hamisi
sayıla bilər.O olmasaydı bu günkü insan nəsli törəməzdi bəlkə də. Şeytan ilk
inqilabçı insandı deyə bilərik.
Hər şey
içində nələrisə basdırmaqdan yaranır. Bütün nevrozların da kökü burdan gəlir.
Əgər sənə seks haqda düşünmək qadağan edilirsə,sənin bütün həyatın onu
düşünməklə keçəcək.
Bütün insanların
içində mağara dövründən qalma qaranlıq qorxusu var. Və bütün dinlər bu qorxudan
istifadə edib insanı yönləndirə bilir.İnsan özünə güvənmir və özündən güclü nəyinsə
parçası olmağa can atır,dinlər,ideologiyalar,liderlər arxasınca qaçır. İnanan
biri əsla öyrənə bilməz.İnanmaq o deməkdir ki, bu belədi,sən niyəsini düşünmə.Bunu
belə qəbul et.Fikirlərlə oynama,İsa o suala cavab tapdı,Budda bu haqda belə
düşünürdü. Zəki insansa sual verir. Niyə?
Və öz niyəsinə öz cavabı olur.
İnsanlarsa
həqiqəti axtarmaqdansa, həqiqəti biləni axtarırlar. Onun deyəcəklərinə inanıb,rahat
ola bilirlər.
Hər şeydə
bir bəlkə olmalıdır.Bayquş gecələr görür
,sən gündüzlər. Sənin gündüzün bayquş
üçün gecədir.Ona görə də dəqiq heçnə yoxdu
Mahavira
Eynşteyndən 25 yüz il öncə bir üsul kəşf etdi.Onun fəlsəfəsi ‘’bəlkənin fəlsəfəsi’’ adlanır.Heç bir suala dəqiq,konkret
cavabı olmurdu,insanları böyük bir naməlumluq içində qoyurdu. Və təbii ki onun
ardınca gedənlər çox-çox az idi. Çünki insanlar həmişə dəqiqlik axtarır.Ona görə
də insanlar Adolf Hitlerə inanırdı.
Və zəki
insan düşüncənin sərhəddlərinə yaxınlaşa
biləndi. Zəki insan sərhədlərin yalnız xəritə üstündə mövcudluğunu , torpaq
üstündə olmadığını anlaya biləndi.
Sənin
xristianlıq,müsəlmanlıq,kominizm,sosializm kimi nələrəsə aid olma ehtiyacın
yoxdu,tarix ona görə təkrarlanır ki,insanlar keçmişdə ilişib qalır,keçmişi təkrarlayırlar.
Sən zəkisən.
Bütün inanclardaan, -izmlərdən,qorxulardan,qaranlıqdan
arınıb içindəki işığa tutuna bilirsənsə, cəmiyyətdən uzaqlaşıb,tək başına
varsan demək.
Və sən
medalyonun iki üzündən biri olma əvəzinə
üçüncünü seçmisən – özün olmaq.
QEYD: Oşonun bu fikirləri əslində biraz Freydi,biraz
nisbilik nəzəriyyəsini
xatırladır. Və əgər Oşo zəki
insan hamını və hər şeyi boş verib,öz düşüncələrinə,içindəki işığa tutunmalıdır
deyirsə, onda ən birinci elə onun özünü niyə boş verməyək ki ? hansısa –izmi,dini,ideologiyanı,kiminsə
düşüncələrini rədd etməlisiniz deyirsə,elə onun özünü də bu siyahıya niyə
salmayaq ki?