Olum ya ölüm? – Şekspir_Hamlet
Taleyi dəyişdirməkçün
seçilmiş yol ən doğrusudurmu? – Dostoyevski_Cinayət və Cəza
Həyat mənalıdır
deyə yaşayırıq yoxsa absurd kimi qəbul etdiyimiz şeyləri gerçəkləşdirmək üçün
sürünürük ömür boyu ? – Kafka_Qəsr
İnsanın taleyi
, onunla nə olacağı eynilə bir əşya kimi əvvəlcədən müəyyənləşdirilmişdirmi? –
Sartr_Ürəkbulanma
İnsanlarla
aramızdakı bağ gerçəkdir ya yalnızlıqdan qaçmaq üçün sığınmışıq birbirimizə? –
Kamü_Yad
Eşq,
sevgi deyə adlandırdığımız duyğular əslində ölüm qorxusundan gizlənməkçünmü
lazımdı ? – Bekket_Sevgisiz münasibətlər.
Samuel
Bekket və Absurd Teatr haqda oxuyarkən çevrilib arxaya baxanda uzun bir zəncir
görə bilərik.
Kütlə ilə
fərd arasındakı uçurumdan bəhs edən Absurd Teatrçılardan öncə varoluşu sorğulamaqla
Kamü absurd teatrla varoluşçuluq arasında körpü yaratdı.Kamü nə intiharı öymür
nə də yaşamağı təbliğ etmir. Ona görə əgər insan əvvəl-axır öləcəksə bunun
zamanının və necə olacağının heç bir önəmi yoxdur.Və insanın ən böyük problemi nə doğru nə də
yanlış olmayan həyata qatlanıb-qatlanmaycağıdır.
Ondan da
biraz o tərəfə keçəndə varoluşçulardan Sartrla rastlaşırıq.Sartra görə insan
azadlığa məhkumdur və insanın azadlığı mütləq intiharla nəticələnməlidir.son
tapmalıdır.
Biraz da
irəli getdikcə Kafka,Dostoyevskinin də eyni sualları verib eyni problemləri ortaya
atdığını görmək olur.Hər kəs özündən əvvəlki halqaya birini də əlavə etməklə irəli
ötürüb sanki və zəncirin ucu Şekspirin ‘’Hamlet’’inə gedib dayanır. Lakin burda dayanmır. Ötüb ‘’Leyli və Məcnun’’a da keçmək olar. Hamletin əvvəlki
pərdələrdə adamı öldürmək fikrindən daşınması Məcnunun Leylidən imtinasının – get sən o əvvəlki
Leyli deyilsən- deməsinin , ilahi eşqi tapıb onun arxasınca çıxıb getməsinin
eyni deyilmi? Burdan da ötüb təsəvvüf elminə keçə bilərik.
Mütaliə
etdikcə gorürsən ki, xəyali oxun bir ucu ekzistensializm fəlsəfəsini göstərir və
digər ucu isə təsəvvüf elminə istiqamətlənmişdir.
Ola bilər
ki, ‘’Leyli və Məcnun’’dan baxanda
Absurd Teatr çox uzaqda görünsün, amma Samuel Bekketə qədər gəlib çıxmısansa
burdan geri boylananda absurd teatrdan səhraya uzanan bir yol, yol boyu
Kafka,Sartr,Dostoyevski görünür və uzaqlardan da Məcnunun qaraltısı sezilir.
Görünən o
ki,hər şey insanın düşüncəsi ilə var.Düşünə bilən hər kəs sualın qoyuluş
formasından asılı olmadan əslində eyni cavabı axtarır. Düşünməyə başlayan insan mütləq həqiqəti
tapmağa məhkumdur - əgər
varsa. Və bu prosesdə Nitsşenin ‘’Tanrı öldü’’ fikrinə söykənmək
olar.
Hiç yorum yok:
Yorum Gönder