‘’Oxuduğum,yaşadığım,yazdığım o qədər
şeydən sonra içimdə böyük bir narahatçılıq, dəhşətli boşluq hissi hökm sürürdü.
Hər şeyin faniliyinin və mənim də ölümlünün bir parçası olduğum gerçəyini dərk
etmişdim.Belə idisə onda mən niyə var idim? Mənim var olma səbəbim nə idi?
Dini mətnlərə
üz tutub araşdırmalar aparsam da,əlimə tutarlı cavab keçmirdi. Bütün bu
inanclar ancaq ölüm döşəyində peşmanlığını dilə gətirən bir xəstəyə təsəlli ola
bilərdi.
Daim bir
şeyi düşünürdüm – həyatıma bir güllə ilə son verim ya bir kəndirlə? Amma heç cürə intihara cəhd edə
bilmirdim. Qəlbimsə hüzünlü bir duyğu ilə
dalğalanırdı. Bu duyğuya bir ad vermək məcburiyyətim varsa, buna ‘’Allahı arayış’’ deyə bilərəm. Və bu düşüncə ilə
ilə yox,duyğu ilə dərk edə bilmək istəyi idi. Bu bir qorxu,tərkedilmişlik,yalnızlıq
hissi idi. Dünyanın orta yerində hansısa naməlumdan kömək ümidi idi.
Allahın
varlığını isbat etmənin mümkünsüzlüyünü bilirdim. Kant bu mümkünsüzlüyü isbat
etmişdi və mən də inanmışdım . Amma hər şeyə rəğmən mən onu
axtarmaqda davam edirdim.
Şopenhaueri
və Kantı bir kənara itələdim.Mən vardım və bunun səbəbi Allah
idi.
O naməluma
dualar edir,kömək istəyirdim və o səsimi eşitmədikcə də yoxluğuna inanmağa
başlayırdım. Daim ölür və dirilirdim. Görürdüm ki,mən yalnız Allahın varlığına
inandığım zamanlarda var ola bilirəm,qalan
bütün vaxtlarda həyatla bağlarım qopurdu.Onu tapacağıma dair xırdaca bir ümidim
olmasaydı yəgin ki, intihar etmiş olardım.
Birdən
sanki özümü bir qayıqda axınla üzən gördüm. Çevrilib geri baxdım və orda sahil
vardı.hansı yönə üzməli olduğumu dərk etdim,kürəkləri axına qarşı çəkməyə,sahilə
yanaşmağa başladım.
Sahil –
Allah , bütün hər şey isə ona çatmağım,onunla birləşməyimçün idi’’ -
bunlar Lev Tolstoyun əlyazmalarından tərcümələrdi və
dahi yazarın İslam dini ,Hz.Məhəmmədlə tanışlığına qədərki dövrü əhatə edən zamana aiddi.O sahilə-Allaha
İslam dininin peyğəmbəri Hz.Məhəmmədin hədislərini oxuyandan sonra çatdığını
etiraf edir.
İlk tanışlığı hindistanlı alim Abdullah Əl-Sührəverdinin ‘’Həzrəti
Məhəmmədin hədisləri ‘’ kitabı ilə
başlamış, bu kitabdan seçib topladığı hədislərdən
ibarət kitabı 1909-cu ildə rusiyada digər əsərləri ilə birgə yayımlamışdır.
SSRİ dövründə yazarın digər kitabları təkrar nəşr edilsə də bu kitab nəşrə getməmişdi. SSRİ yazarın böyük
bir oxucu kütləsini nəzərə alaraq onun İslam sevgisini ciddi-cəhdlə gizlətməyə
çalışırdı.Sovetlər dağılandan sonra rusiyada kitab 1990-cı ildə rus dilində
‘’Həzrəti Məhəmmədin Qurana daxil olmayan hədisləri ‘’ adı ilə nəşr edildi.
Tolstoyun həkimi olmuş
Slovak əsilli Duşan Petroviç Makovitski
1979-cu ildə 4 cilddə ‘’Yasnapolyana qeydləri
’’ adı altında Moskvada nəşr edilən ‘’1904-1910-cu illərdə Tolstoyun
yanında‘’ adıyla yazdığı böyük həcmli
kitabda Aəzbaycanlı bir adamın həyat
yoldaşı olan tatar qadının dahi yazara ünvanlanan məktubundan və ərim müsəlman,mən
xristiyanam,övladlarım müsəlman ola bilərmi sualından söhbət açır.Həmin qadın
azərbaycanın ilk hərbi topoqrafı olmuş İbrahim ağa Vəkilovun həyat yoldaşı
Yelena Yefimovna Vəkilova idi. Onun 2
mart 1909-cu ildə yolladığı məktubuna və sualına cavab gecikmir, Tolstoy 15 mart
1909-da cavab məktubunda qeyd edirdi :
‘’Məhəmməd hər zaman xristianlardan öndədi və onun dini bir xaça ibadət
etməkdən qat-qat üstündü.O özünü Allah saymır və özünü Allahla bir tutmur.Müsəlmanların
Allahdan başqa ilahı yoxdu və Məhəmmədin də onun rəsulu olduğuna heç bir şübhə
yoxdu ‘’. Bu məktubun əsli Yelenanın oğlu Faris tərəfindən 1978-ci ildə
Moskvada Lev Tolstoy adına muzeyə hədiyyə edilmişdir və hazırda da bu muzeydə sərgilənir.
Məktub Azərbaycan mətbuatında
ilk dəfə 1978-də Azərbaycan jurnalında azərbaycan və rus dillərində yayımlanmışdır.
İslamı qəbul etmiş rus
vətəndaşı Valeriya Forohova adlı Quranı
rus diinə çevirmiş qadın Tolstoyun ömrünün son zamanlarında İslamı qəbul
etdiyini və İslami qaydalarla dəfn olunmaq vəsiyyətini iddia edirdi. Buna sübut
kimi yazarın qəbrinin üstündə xristianlığı təmsil edən xaçın olmamasını göstərirdi.
Və Tolstoy
etiraflarının birində ərəb-fars dilini bilmədiyi üçün İslamı rus missionerlərdən
öyrəndiyini də qeyd etmişdir.
Tolstoy etiraflarına əsasən
onun düşdüyü ağır boşluq , fanilik duyğusundan İslama,Hz.Məhəmmədə sığınmaqla
azad olduğu qənaətinə gəlmək olur. Onun haqqı həqiqətən tapa bildiyini yaxud o
yaşda özünü bunlara dayanmaqla ovudub,təsəlli etdiyini söyləməksə çətindi.
Qeyd : Mənbə kimi Karikatur yayınlarının 2005-ci il _Lev Tolstoy_ Hz.Muhemmed adlı nəşrindən istifadə olunub.
maraqlı idi )
YanıtlaSilBəyən düyməsi yoxdu, sən tamblra keç məncə
YanıtlaSilelece oxumaq da bes edir, beyenmesez de :)
SilCox gozel yazmisiz ardi gelsin :)
YanıtlaSil