...

...

8 Aralık 2014 Pazartesi

''Kış uykusu''ndan sonra


Indiyəcən kinoteatrda cəmi bir filmə axıracan otura bilmişəm ki, onda da yatmışdım,qızlar  oyatdılarki, gedirik.evdə də çox film izlədiyimi desəm yalan olar.Filmləri  sevməyən  (komediyalar istisna olmaqla)  biri kimi  yaxşı bilmədiyin (heç bilmədiyin deməyi özümə sığışdırmıram) mövzuda nəsə yazmaq həyəcan vericidi.
Film başlayandan bitənə  qədər beynimdə dumanlı bir sarı  rəng   dolaşdı.
Çılpaq qayaların arasındakı bomboz bir dünyanı  qarın yağması da gizlədə  bilmir.  Eynilə ssenaridəki  şablonları  qəhrəmanın bütün ruhuyla içinə girməyə çalışdığı obrazın gizlədə bilmədiyi kimi.
Filmdə hadisələrin cərəyan etdiyi yer olduqca  yaxşı düşünülmüşdü. Yəni bir sənət adamından(sənətçi desəm  oxuyan  tayfasını andıracağından qorxdum) bəhs edirsənsə onu  ən ideal bu mühitdə təsvir edə bilərdin. Amma o otel, o cür yaşayış şərtləri  içində uğurlu, ciddi  nəsə yaza bilmək məncə mümkünsüzdü. O təbiətə rəğmən mümkünsüzdü. Sən orda  ən yaxşı halda imamın palçıqlı ayaqqabılarına baxıb din adamlarının  səliqəsizliyindən şikayət edə bilərsən ki, qəhrəman da elə bunu edirdi və hansısa prestijli qəzetə yox, oxunmayan qəzetlərdən birinə yazmaq  da özünüaldatmaq və gizlənmək cəhdidi. Yəni  öz-özünə etiraf edə bilməyin şeylərdən gizlənmək cəhdi. Bunu filmdə adamın iddiasızlığı, ya kaprizi filan kimi  bizə  yedirmək cəhdləri uğursuzdu. Bunu qəhrəmandan gizlətmiş ola bilər sayın Ceylan, ama ‘’bizdən qaçmadı’’ .
Istər qadınlarla olan dialoqlarda onlara qarşı soyuq səbri ilə,əsəblərinə hakim olan görünüşü,şərabı sevməməsi, ya da ən xırda detal – yazı stolunun  üstündə  film boyu bir neçə dəfə  gördüyümüz şam qozaları  ilə sənətçi  abu-havası,   xarakteri, qəribəliyi  yaratmaq istəyinə  nail olur demək olar.
Gənc qadınla dialoqlar bir növ keçmişlə indinin intriqası, soyuq savaşı,dondurulmuş sülhüdü demək  olar.qadın indiyəcən öz gücünə heç nə əldə edə bilməyən insanın boşluqda  özünü ovutma  cəhdlərini tərənnüm edir.və onu  ayrıca filmdən  ayrıca obraz kimi  götürsək uğurlu alınıb . amma filmin içində  sadəcə olaraq şablonlardan biridi.  Necə ki o pulu  verir, kişi odda yandırır    oğlu qapının arxasından bu səhnəni görür.Əgər uşaq məhz bu hissədə,orda qapının arxasında bayılsa idi, bəlkə də şablonluqdan xilas etmək olardı həmin kadrı.
Və qəhrəmanın bacısıyla dialoqları – mübahisələri. Bu iki adamdan çox bir  nəfərin öz iç səsiylə danışmasını, davasını xatırlatdı mənə.bacısı və gənc həyat yoldaşı ilə mübahisələr  şəklində film bizə ancaq görüntünü verir, nəsə demir, bizi başlı-başımıza xaosun içinə ötürür,hansını istəsək onu ‘’ əsas adam’’ kimi hesaba alma şansı verir. Yeganə sevdiyim tərəf bu oldu.
Və bir detal daha – məktəblərin pis vəziyyətdə olduğunu, evlərində kirayə qalan adamların  çətin vəziyyətdə olduğunu bilə-bilə onlara yardım haqında düşünməyib,hansısa kənddən emailinə  məktub göndərən oxucuya mək etmək istəyi  insan eqoizminin dərəcəsindən xəbər verir. Bəli, o kömək istəyinin bircə açıqlaması, səbəbi var- o məktubu oxucular yazmışdılar, hansıki onun yazılarını  sevdiklərini,izlədiklərini qeyd edirdilər. Yəni  burda tələyə düşür sənətçi adi adamlar kimi. Onun hamıdan biri olduğu reallığı gün işığına çıxardılır.
Ümümilikdə  film o təbiət,o qəhrəman və bacısıyla  dialoqlardan ibarət olsa idi  mənə elə gəlir ki,bizi daha çox sual ötürə bilərdi. Şablonlardan xilas etmək  olardı  filmi. Atı  açıb qayaların arasına ötürməklə, ya da sonda gedə bilməyib qadının yanına qayıtmaqla ki,bu hissə sanki məhz ssenaristin öz qadınına jesti kimi düşündüyü bir detaldı  elə ciddi suallar verə bilmedi  Ceylan.
  Bütünlüklə  o adamın həyatı  - getmək  və geri dönüb davam etmək qərarı  qış yuxusu idi. 

Filmdən sonra məni bircə sual düşündürür – film boyu  beynimdə dolaşan  sarı  duman nə idi?  Bəlkə elə Ceylanın sualları  idi ?



Hiç yorum yok:

Yorum Gönder