...

...

19 Aralık 2014 Cuma

Oşonun ''Zəka''sından sonra qısaca məğz




Zəka – sənin içindəki işıqdır.

Bir uşaq doğulur. Ona qorxunu öyrədirsən.Qorxu pas kimidir – bütün zəkanı  məhv edir. Tarixlərlə,insanlarla, cürbəcür axmaqlıqlar  doldurursan beynini. Məsələn,İngiltərəyə  hansı kralın hansı tarixdən haçanacan  hökmdarlıq etməsini  bilmək bir uşağa nəyə lazımdır ki?  Bütün uşaqlar zəki olaraq doğulur,biz onu axmaq etmək  üçün əlimizdən gələni əsirgəmirik. Çünki zəka siyasi,cəmiyyət və din həyatı üçün olduqca ciddi təhlükədi. Çox az adam universitet həyatından qaçmağı,gizlənməyi,ya da onu bitirdiyi halda zəki qlmağı bacarır. Çünki universitet sənin zəkanı məhv etməyə proqramlaşdırılmış bir sistemdir.Təhsil sistemi rəqabətçi olmamamalıdır. Kim nəyi sevir və bacarırsa onunla məşğul olmalıdır. Bu dəqiqə bütün dünya alt-üst vəziyyətdədir. Müəllim olmaq istəyən həkim olmuş, həkim olmaq istəyən ticarətlə məşğuldu.Hər kəs bir başqasının işini görür.
Yaxud uşağa yatması üçün layla oxuyuruq. Səhər tezdən də yuxudan oyatmağa cəhd edirik. Və uşaq özlüyündə düşünür – bu insanlara nə olub belə?  Bizə onun yatmağı lazımdı,çünki başqa işlərimiz var.
Yuxu gəldiyi vaxt yatılmalıdı – zəka budu.Zəka bunu sevir.Bizsə uşaqların zəki qalmasına izin verə bilmirik. Çünki zəki olsalar daim incidiləcəklər, aşiq olacaqlar, dövlətdə, dində,təhsildəki yanlışları görəcəklər,fərd olacaqlar,cəmiyyətdən qopacaqlar. Cəmiyyətinsə  onun qullarına ehtiyacı var.
İsa peyğəmbər deyir :  ‘’kiçik uşaqlar kimi olmadıqca sizə ümid yoxdur’’.
Zəki insan  acgöz deyil, sabah üçün nələrsə yığıb saxlamır,çünki zəkasına güvənir,sabah düşə biləcəyi vəziyyətdən çıxış yolları tapa biləcəyinə arxayındır.Zəki biri əsla mümükünsüz üçün savaşmaz,o perfektsionist deyil,idealçılıq nevroz əlamətidi.Zəki biri mütləq sevgi və sədaqət ardınca qaçmır. Çünki özünün başqa birindən xoşu gələndə qarşısındakı insanın da onun kimi eynilə bir başqasını bəyənə bilmə ehtimalını anlaya,dərk edə bilir.Zəka risqi sevir,zəka öz varlığına güvənə bilmək deməkdir.Zəka -  həyəcandı,macəradı,coşqudu.Zəka keçmişə ilişmədən,gələcəyi düşünmədən indi yaşaya bilmək istedadıdır.
Sevgi dolu bir zəka – bax bu sənin ehtiyac duyduğun bir şeydi. Bir şair sevgiyə sözsüz ki bir filosofdan daha yaxındı.Filosof  sanki qapının arxasınd dayanıb və o qapıdan içəridə nə baş verdiyi haqda fəlsəfə yürüdür, şairsə o qapının o tərəfində sevgini yaşamaqdadı.
Intellektual olmaq –saxta olmaq deməkdi. İntellekt özünün qazana biləcəyin bir şeydi.Zəka sənə hədiyyə edilmişdir.İntellektual amma zəki olmayan biri  ağaclar kimi yaşıl,quşlar kimi coşqulu deyil.Nədən ? – çünki o daim başqası olmağa çalışır,özü kimi olmaq istəmir.Əgər sən bütün həyatını beynindən ibarət biləcəksənsə,heç bir zərifliyi,Tanrısallığı,şeirsəlliyi,sevgini duya bilməyəcəksən.
Ürəyinlə yaşayıb,zamanı gəldikcə beynindən istifadə edə bilmək bacarığı – zəka budur.
Zəka – bəsit ola bilmə bacarığıdır. Zəki olmayan biri daim Buddadan,Şopenhauerdən,İsadan sitatlar gətirəcək.Zəki insan isə öz baxış bucağına güvənə biləndi.
Zəki olmayan biri daim başqalarına hörmət edəcək,zəki insan isə ən əvvəl özünə.Əgər insan özünə hörmət edə bilmirsə bütün başqalarına etdiyi hörmət saxta olacaq və içərilərdə bir yerdə köklərində kin,nifrət gizlənəcək.
Şeytan  Həvvaya ilk dəfə o ağacdan meyvə dər deyəndə, ona zəkasından istifadə şansı verdi. Şeytan bu mənada insanlığın ilk hamisi sayıla bilər.O olmasaydı bu günkü insan nəsli törəməzdi bəlkə də. Şeytan ilk inqilabçı insandı deyə bilərik.
Hər şey içində nələrisə basdırmaqdan yaranır. Bütün nevrozların da kökü burdan gəlir. Əgər sənə  seks haqda düşünmək  qadağan edilirsə,sənin bütün həyatın onu düşünməklə keçəcək.
Bütün insanların içində mağara dövründən qalma qaranlıq qorxusu var. Və bütün dinlər bu qorxudan istifadə edib insanı yönləndirə bilir.İnsan özünə güvənmir və özündən güclü nəyinsə parçası olmağa can atır,dinlər,ideologiyalar,liderlər arxasınca qaçır. İnanan biri əsla öyrənə bilməz.İnanmaq o deməkdir ki, bu belədi,sən niyəsini düşünmə.Bunu belə qəbul et.Fikirlərlə oynama,İsa o suala cavab tapdı,Budda bu haqda belə düşünürdü. Zəki insansa  sual verir. Niyə? Və öz niyəsinə öz cavabı olur.
İnsanlarsa həqiqəti axtarmaqdansa, həqiqəti biləni axtarırlar. Onun deyəcəklərinə inanıb,rahat ola bilirlər.
Hər şeydə bir bəlkə olmalıdır.Bayquş gecələr  görür ,sən  gündüzlər. Sənin gündüzün bayquş üçün gecədir.Ona görə də dəqiq heçnə yoxdu
Mahavira Eynşteyndən 25 yüz il öncə bir üsul kəşf etdi.Onun fəlsəfəsi ‘’bəlkənin fəlsəfəsi’’ adlanır.Heç bir suala dəqiq,konkret cavabı olmurdu,insanları böyük bir naməlumluq içində qoyurdu. Və təbii ki onun ardınca gedənlər çox-çox az idi. Çünki insanlar həmişə dəqiqlik axtarır.Ona görə də insanlar Adolf Hitlerə inanırdı.
Və zəki insan  düşüncənin sərhəddlərinə yaxınlaşa biləndi. Zəki insan sərhədlərin yalnız xəritə üstündə mövcudluğunu , torpaq üstündə olmadığını anlaya biləndi.
Sənin xristianlıq,müsəlmanlıq,kominizm,sosializm kimi nələrəsə aid olma ehtiyacın yoxdu,tarix ona görə təkrarlanır ki,insanlar keçmişdə ilişib qalır,keçmişi təkrarlayırlar.
Sən zəkisən. Bütün inanclardaan, -izmlərdən,qorxulardan,qaranlıqdan arınıb içindəki işığa tutuna bilirsənsə, cəmiyyətdən uzaqlaşıb,tək başına varsan demək.
Və sən medalyonun iki üzündən biri olma əvəzinə  üçüncünü seçmisən – özün olmaq.

QEYD:   Oşonun  bu fikirləri əslində biraz Freydi,biraz nisbilik nəzəriyyəsini  xatırladır. Və əgər Oşo zəki insan hamını və hər şeyi boş verib,öz düşüncələrinə,içindəki işığa tutunmalıdır deyirsə, onda ən birinci elə onun özünü niyə boş verməyək ki ? hansısa –izmi,dini,ideologiyanı,kiminsə düşüncələrini rədd etməlisiniz deyirsə,elə onun özünü də bu siyahıya niyə salmayaq ki?

Hiç yorum yok:

Yorum Gönder